Cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri arasında telefon danışığı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar prosesinin perspektivləri müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Amerika tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülmüş işlər müzakirə olunub.
Qeyd edilib ki, Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra danışıqlar prosesinə yeni dinamika verilib.
Telefon danışığı zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edilib, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. **
R.Babayev