Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 1-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyunun 30-na olan 1,5394 manat/$1 səviyyəsinə qarşı 1,5425 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2013% ucuzlaşıb.
AMB iyulun 1-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyunun 30-da qeydə alınmış 1,709 manat/1EUR səviyyəsinə qarşı 1,7119 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1697% ucuzlaşıb.
İyulun 1-nə manatın rus rubluna nisbətən rəsmi 0,0241 manat/1RUR səviyyəsində qalıb.**
A.Əzizov