2016-cı ilin I rübündə Azərbaycan vətəndaşları Rusiyaya 159 min turist səfəri həyata keçiriblər, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,5% azdır. Bu barədə “TurStat” turizm saytı məlumat verir.
“Azərbaycan Rusiyaya səfər turizmi üzrə 5-ci yerdədir. 2016-cı ilin ilk 3 ayı ərzində Azərbaycandan Rusiyaya 159 min turist səfəri həyata keçirilib (azalma 6,5%)”, - deyə məlumatda qeyd olunur.
I rübün yekunları üzrə Ukrayna, Qazaxıstan, Polşa, Finlandiya da turist səfərlərinin sayı üzrə ölkələrin TOP-5-ə daxildir.
Məlumata görə, birinci rübdə Ermənistandan Rusiyaya turist səfərlərinin sayı 38,3% - 63 minə qədər azalıb. Hesabat dövründə Gürcüstan vətəndaşları Rusiyaya 6 min turist səfəri həyata keçiriblər. **
A.Əzizov