Səudiyyə Ərəbistanı hökuməti bu il Məkkəyə Həcc ziyarətinə yollanan zəvvarlara elektron qolbaqlar paylayacaq. Bu barədə cümə günü BBC teleradioşirkəti məlumat verib.
Məlumata görə, qolbaqda sahibinin şəxsi və tibbi məlumatları qeyd edilib. Bu, hökumətə zəvvarları eyniləşdirməyə və zərurət yaranacağı halda yardım göstərməyə kömək edəcək.
Həmçinin qolbaqlar namaz vaxtını göstərəcək və ərəb dilini bilməyən dindarlara bələdçilik edəcək.
Bununla yanaşı, zəvvarların toplaşdığı yerlərdə 100-dən artıq müşahidə kamerası quraşdırılıb.
Ölkə rəhbərliyi ötən il 750 zəvvarın həlak olduğu və 900-dən artıq nəfərin xəsarət aldığı insidentdən sonra bu cür tədbirlər həyata keçiriblər.
Bu il Həcc ziyarəti sentyabrın əvvəlinə təsadüf edir. **