Rusiya-Türkiyə münasibətlərinin normallaşması Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcminə mənfi təsir göstərməyəcək. Bu barədə iqttisadiyyat nazirinin müavini Sahib Məmmədov cümə günü jurnalistlərə bəyan edib.
“Rusiya-Türkiyə qarşılıqlı münasibətlərin yaxşılaşmasının Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin səviyyəsinə təsir edəcəyini düşünmürəm. Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədədir, ölkələrimiz arasında ticarət dövriyyəsi hər il artır. Azərbaycan məhsullarının keyfiyyəti və Rusiya bazarında yaxşı qəbul edilməsi bu mənada mühüm rol oynayır”, - deyə S.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, məhz bu amillər nəzərə alınaraq Azərbaycan məhsulları Rusiyaya ixrac olunur. “Azərbaycanın Rusiyaya ixrac həcmi artır”, - deyə o əlavə edib. **
R.Babayev