Ukrayna öz ərazisindən keçməklə Azərbaycan neftinin Avropaya nəqlində maraqlıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Ukraynanın baş naziri, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası komissiyanın həmsədri Genadi Zubko bəyan edib.
“Energetika sahəsində əməkdaşlığa dair bir neçə vacib məsələ var. Bunlar Ukrayna ərazisindən keçməklə Azərbaycan neftinin Avropaya nəqli, Ukraynaya qaz mənbələrinin şaxələndirilməsi imkanlarıdır”, - deyə G.Zubko vurğulayıb.
Cümə günü Bakıda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası komissiyanın iclası keçiriləcək.
Onun sözlərinə görə, nəqliyyat sahəsində Azərbaycanla əməkdaşlıq məsələsi Ukrayna üçün vacibdir. Xüsusilə, ölkələr “Baltik-Qara-Xəzər dənizi” dəhlizinin davamı ola biləcək Böyük İpək yolunun bərpası layihəsi” çərçivəsində fəal əməkdaşlıq edə bilərlər.
G.Zubko hesab edir ki, Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərin kifayət qədər geniş spektrini əhatə edir. “Energetika, nəqliyyat infrastrukturu, aqrosənaye məhsullarına aid əsas sahələrdə hərtərəfli əməkdaşlığımız var”, - deyə o bildirib.
G.Zubko həmçinin mədəni əlaqələrin inkişafını Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin mühüm komponentidir. **
R.Babayev