Quba şəhərində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadəsisəi baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“QAZel” və “BMW” markalı avtomobillər toqquşması nəticəsində sərnişinlərdən biri hadisə yerində ölüb”, - deyə məlumatda qeyd edilir.
Bundan başqa, qəzada həmçinin “BMW”-nin sürücüsü və sərnişini və “QAZel”in 5 sərnişini xəsarət alıb.
Bütün yaralılar xəstəxanaya yerləşdiriliblər. **
R.Babayev