Ötən gün Azərbaycan ərazisində baş vermiş 4 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.
Bundan başqa, 58 cinayət faktı qeydə alınıb, onların 16-sı “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 71 nəfər tutulub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.*
R.Babayev