Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti 1,15 ton Keniya mənşəli avokado meyvəsinin göbələk mənşəli xəstəliyə yoluxduğunu və mikotoksinlərin yüksək dərəcədə olduğunu müəyyən edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Meyvələr Azərbaycana Niderland Krallığından idxal olunub.
“Meyvənin qidaya yararsız olduğu bildirilib və dövriyyədən çıxarılması üçün "Təmiz Şəhər" ASC-yə məxsus Bakı Bərk Məişət Tullantıları zavodunda karantin tədbirləri sisteminə riayət etmək şərtilə termik üsulla məhv edilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir”.*
R.Babayev