Azərbaycan ASK sahısində İsraillə birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov İsrailin Bakıdakı səfiri Dan Stav ilə aqrar sahədə əməkdaşlıq məsələlərini müzakirə edib.
“H.Əsədov heyvandarlıq məhsullarının emalı və tərəvəz bitkiləri toxumçuluğunun inkişaf etdirilməsi məqsədilə birgə müəssisələrin, kənd təsərrüfatı kooperativlərinin yaradılmasında Azərbaycanın maraqlı olduğunu bildirib”, - deyə məlumatda deyilir.
Bundan başqa, Azərbaycan istixana təsərrüfatlarının genişləndirilməsi, suya qənaət edən texnologiyalarn tətbiqi sahələrində İsrail təcrübəsini öyrənməyə ümid edir.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycan İsraillə baytarlıq və bitki karantini və mühafizəsi sahələrində əməkdaşlığa yönələn hökumətlərarası sazişin imzalanmasında maraqlıdır. **
A.Əzizov