2015-ci ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) neft satışından gəlirləri 2014-cü illə müqayisədə 34% - 14 mlrd. 815 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2015-ci ildə SOCAR-ın neft satışından gəlirləri 2014-cü illə müqayisədə 34% - 14 mlrd. 815 mln. manatadək azalıb. Bundan başqa, ötən il şirkət neft məhsullarının satışından 11 mlrd. 741 mln. manat (azalma 7,5%), neft-kimya məhsullarının satışından 1 mlrd. 835 mln. manat (artım 10,1%) gəlir əldə edib", - deyə məlumatda bildirilir.
Qeyd olunan dövrdə SOCAR-ın qaz satışından gəlirləri 2014-cü illə müqayisədə 17,4% - 1 mlrd. 776 mln. manatadək artıb, sair gəlirlər 2 mlrd. 936 mln. manat (artım 2,1 dəfə) təşkil edib.
"Ötən il şirkətin ümumi gəlirləri 33 mlrd. 103 mln. manat (2014-cü illə müqayisədə azalma 16,6% – İF-Az) təşkil edib", - deyə məlumatda qeyd olunur.*
N.Abbasova