Ukrayna “Baltik dənizi - Qara dəniz - Xəzər dənizi” beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair saziş layihəsini Azərbayan tərəfinə təqdim edib.
Ukraynanın Regional İnkişaf, Tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat verib ki, bu barədə baş nzir Gennadi Zubko Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna Hökumətlərarası komissiyanın iclasında bildirib.
“Bu, bir neçə marşrutu sinxronlaşdıran böyük nəqliyyat dəhlizi ticari-iqtisadi əlaqələrin möhkəmlənməsində böyük əhəmiyyət kəsb edəcək. Həmçinin regionda yük daşımalarının inkişafı üzrə kompleks strategiyanın formalaşdırılması məqsədilə dəhliz çərçivəsində vahid idarəetmə orqanının yaradılmasını nəzərdə tutur”, - deyə o bildirib.
G.Zubko həmçinin məlumat verib ki, Ukrayna ilə Azərbaycan arasında “İpək yolu” marşrutu ilə nəqliyyat əməkdaşlığı davam edir, çünki Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu ilə konteyner qatarının sınaq reysinin nəticələri bu cür daşımaların texniki və texnoloji imkanlarını təsdiq edib. **