İyunun 30-da “Baku Steel Company” MMC-də baş verən partlayışla bağlı Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə prokurorluqdan məlumat verilib.
“Faktla bağlı cinayət işi Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə başlanıb”, -deyə məlumatda qeyd olunur.
Yerli KİV-in məlumatına görə, zavodda partlayış nəticəsində 5 işçi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
“Baku Steel Company” Azərbaycanda və bütün Qafqaz regionunda aparıcı poladəritmə müəssisəsidir. MMC 2001-ci il iyunun 21-də istismara verilib.*
R.Babayev