Ötən gün axşam Nizami rayonundakı “Maşın bazarı” adlanan ərazidə baş verən yanğın zamanı 5 nəfər xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
«Tüstüdən zəhərlənmiş 5 nəfər xəstəxanaya gətirilib. Zərərçəkənlərin səhhətində ciddi problemlər olmayıb və onlara lazımi tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”, - deyə o bildirib.
Xatırladaq ki, “Maşın bazarı”nda baş verən yanğın nəticəsində 3 min kvadratmetrlik ərazinin 930 kvadratmetri yanıb.
Hazırda yanğının səbəbləri araşdırılır.*
R.Babayev