2015-ci ildə Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksi (SOCAR holdinqin səhmlərinin 56,3%-nin sahibidir) torpaq sahəsi və “Petlim Limanchilik” konteyner limanının səhmlərini girov qoyaraq “Akbank”dan $212 mln. məbləğində kredit cəlb edib.
SOCAR-ın 2015-ci il üçün birləşdirilmiş maliyyə hesabatına əsasən, “Akbank”dan kredit vəsaiti 3 illik güzəştli dövr ilə 13 il müddətinə Egey dənizində “Petlim” limanının tikinti layihəsinin maliyələşdirilməsi məqsədilə cəlb olunub.
“2015-ci ildə “Petkim Petrokimya Holding” $350 mln. (368 mln. manat) dəyərində torpaq sahəsi və 105 mln. türk lirəsi (56 mln. manat) məbləğində “Petlim Limanchilik” konteyner limanının səhmlərini girov qoyaraq “Akbank”dan $212 mln. məbləğində kredit cəlb edib”, - deyə sənəddə qeyd edilir. **
N.Abbasova