Türkiyə hakimiyyəti ölkədə yaşayan suriyalı qaçqınlara vətəndaşlıq almaq imkanı yaradacaq. Bu barədə “Hürriyyət” qəzeti xəbər verir.
Belə bəyanatla ötən gün ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. "Daxili İşlər Nazirliyi bu istiqamətdə tədbirlər görür", - deyə o, Suriya ilə sərhəd olan Kilis vilayətində çıxışı zamanı bildirib.
Prezident deyib ki, suriyalı qaçqınlara vətəndaşlığın verilməsi məsələləri ilə nazirlik tərəfindən xüsusi olaraq yaradılmış ofislər məşğul olacaq.
Qeyd edək ki, bu gün Türkiyədə 2,7 mln. nəfərə yaxın suriyalı qaçqın yaşayır.*