“Bizim evimiz-İsrail” Hərəkatının baş direktoru, “Sohnut” Ümumdünya Yəhudi Agentliyinin hamilər şurasının üzvü Aleks Selski Hitler faşizminin əlaltısı Qareqin Ter-Arutyunyanın (Nlde) İrəvanda abidəsinin ucaldılmasını qınayıb.
“Öz xalqının soyqırıma məruz qaldımasının tanınmasına çalışan məhz erməni xalqının İkinci Dünya müharibəsi dövründə yəhudiləruin ən qəddar və vəhçicəsinə soqyırımını planlaşdıran nasist Almaniyasının bayrağı altında döyüşənləri açıq şəkildə tərif etməsini görmək çox kədərli və qəribədir”, - deyə A.Selski İsrailin “Strana” portalına bildirib.
Onun sözlərinə görə, heç bir milli ideya nasist Almaniyasının əlaltılarına haqq qazandıra, xüsusilə də onları qəhrəman edə bilməz. “Faşistlərə kömək edən generala abidənin ucaldılmasını qınayıram və bunun qəbuledilməz hesab edirəm”, - deyə o əlavə edib. **
A.Əzizov