Türkiyə hökuməti İŞİD ilə mübarizə çərçivəsində Rusiyaya İncirlik Hərbi Hava bazasından istifadə etməyə icazə verə bilər. Bu barədə bazar ertəsi Türkiyənin XİN başçısı Mövlud Çavuşoğluya istinadən TRT Haber telekanalı məlumat verib.
“İslam dövləti” terror təşkilatı ilə mübarizədə hər kəslə əməkdaşlıq edə bilərik. Sizə məlum olduğu kimi, İŞİD ilə fəal mübarizədə iştirak etmək istəyənlər üçün İncirlik Hərbi Hava bazasını açdıq. Bu mənada, niyə də Rusiya ilə əməkdaşlıq etməyək? İŞİD terror təşkilatı hamımızın düşmənidir və biz onunla mübarizə aparmalıyıq”, - deyə telekanala müsahibəsində bildirib. **