Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevanda erməni həmkarı Edvard Nalbandyanla görüşü keçirilir.Yerevanda Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir
RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Facebook səhifəsində yazıb ki, görüş Ermənistan Xarici İşlər Nazirliyində keçirilir.
Daha sonra S.Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşündə iştirak edəcək.*