“Air Cairo” aviaşirkəti Bakı-Şarm Əl-Şeyx-Bakı reysi ilə uçuşları müvəqqəti dayandırmaq qərarı qəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə aviasiya bazarındakı mənbə məlumt verib.
“İyulun 4-dən 31-dək bu reys ilə uçuşlar dayandırılıb. Bu qərar həmin marşrut ilə uçuşlara tələbatın az olması ilə əlaqədardır”, - deyə agentliyin həmsöhbəti bildirib.
İyunun 3-dən etibarən Misirin “Air Cairo” şirkəti bu kurort şəhərindən Bakıya birbaşa reys açıb. Bununla da Azərbaycanda turist axının artımına şərait yaradıb. “Air Cairo”nun Azərbaycandakı tərəfdaşı “Silk Way Travel” şirkətidir.
Bakı-Şarm Əl-Şeyx-Bakı reysinə biletin qiyməti $300 təşkil edir. **
F.İsazadə