“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin” hazırlanması üzrə işlərin birinci mərhələsi başa çatıb. Bu barədə Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov çərşənbə axşamı “Sənayeləşmə və innovativ inkişaf” mövzusunda ictimai dinləmələrdə çıxışında bildirib.
“Yol xəritəsinin hazırlanması üzrə birinci mərhələ milli iqtisadiyyatın 11 sektorunun inkişafına dair beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tuturdu. İndi biz ikinci mərhələyə keçdik. Bu mərhələ qeyd edilən 11 sektorun inkişafı üzrə Azərbaycanda reallaşdırıla bilən layihə və proqramların müəyyən edilməsini nəzərdə tutur”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, sənaye sektorunda neft-qaz və kimya, aöır sənaye və maşınqayırma sahələrinin, həmçinin kçik və orta biznesin inkişafı kontekstində sənayenin əsas sektorlarının inkişafına yönələn layihələrin həyata keçirilməsini nəzərdə tutur.
“ASK sahəsində kənd təsərrüfatı məhsullarının emalına yönələn layihələrin icrası nəzərdə tutulur. Bütövlükdə, bizim rəqabətə davamlı məhsulların istehsalı və Azərbaycan məhsullarının beynəlxalq, xüsusilə Avropa standartlarına uyğun olmaması ilə bağlı çətinliklərimiz var. Bu səbəbdən həmçinin milli standartlar sahəsində islahatların həyata keçirilməsi zəruridir”, - deyə E.Mikayılov qeyd edib.
Sektor müdiri vurğulaylb ki, birbaşa xarici investisiyaların cəlb olunması da Azərbaycanda sənayenin inkişafında mühüm rol oynaya bilər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı öz növbəsində qeyd edib ki, yol xəritəsinin hazırlanması zamanı idarələrarası razılaşdırılma prosedurundan keçmək məqsədilə 10 kitab tərtib olunub.
“Bu, milli iqtisadiyatın 11, həmçinin 8 əsas və 3 təchizat sektorunu əhatə edən 1500 səhifəlik materialdır. İşçi qrupu sonda mükəmməl sənədin hazırlanması üçün öz işini davam edəcək”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti 2016-cı ilin mart ayında “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ni təsdiq edib. Bundan başqa, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədilə İşçi qrupu yaradılıb. İşçi qrupuna 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planının layihəsini; 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsini; 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb. **
N.Abbasova