2016-cı ilin yanvar-may aylarında Azərbaycanda biznes subyektlərində yoxlamaların sayı ötən ilin müvafiq dövründə qeydə alınmış 4 min yoxlamaya qarşı 46 yoxlama təşkil edib. Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova məlumat verib.
O, bu gün “Sənayeləşmə və innovativ inkişaf” mövzusunda ictimai dinləmələrdə çıxışı zamanı bildirib ki, ölkədə investisiyaların və ixracın təşviqi sahəsində işlər davam etdirilir, biznesə dövlət dəstəyi ilə bağlı tədbirlər həyata keçirilir.
"Bu işlər çərçivəsində cari ilin 5 ayı ərzində sahibkarlıq subyektlərində aparılan yoxlamaların sayı ötən ilin müvafiq dövründə qeydə alınmış 4 min yoxlamadan 46 yoxlamayadək azalıb. Bundan başqa, lıisenziya və icazə tələb edən fəaliyyət növlərinin sayı da əhəmiyyətli dərəcədə azalıb", - deyə nazir müavini vurğulayıb.*
N.Abbasova