İran prezidentinin avqust ayında Azərbaycana gözlənilən səfəri ölkələr arasında ikitərəfli münasibətlərin daha da inkişaf etməsi işinə təkan verəcək. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.Avqust ayında İran prezidentinin Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına xidmət edəcək
Çərşənbə axşamı İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan və İran prezidentləri ölkələr arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələr bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.
İ.Əliyev və H.Ruhani həmçinin iki ölkə arasında siyasi, iqtisadi, nəqliyyat, energetika, Xəzər dənizində birgə əməkdaşlığın gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.
Prezidentlər müqəddəs Ramazan bayramı münasibətilə bir-birini təbrik ediblər, Azərbaycan və İran xalqlarına tərəqqi və firavanlıq arzulayıblar. **
R.Babayev