İstanbul hava limanında terror aktının törədilməsində Dağıstan, Qırğızıstan və Tacikistan vətəndaşları şübhəli bilinirlər. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan çərşənbə axşamı jurnalistlərə məlumat verib.
“Gördüyünüz kimi, əfsuslar olsun ki, qonşu və yaxın ölkələr olan, Dağıstan, Qırğızıstan və Tacikistan vətəndaşları iştirak ediblər”, - deyə mətbuat R.Ərdoğanın sözlərindən sitat gətirib.
Prezident qeyd edib ki, “son həbslər də daxil olmaqla, terror aktı ilə əlaqədar saxlanılanların sayı 30 nəfərə çatıb”.
“Həmin şəxslərin yardımı ilə biz mühüm və konkret nəticələr çıxaracağıq”, - deyə R.Ərdoğan vurğulayıb.
İyunun 28-də Atatürk hava limanında bir neçə partlayış törədilib. Nəticədə 43 nəfər həlak olub. **