SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2016-cı ilin ynirinci yarısında qazma işlərinin həcmini 2015-ci ilin analoji dövrü ilə müqayisədə 0,3% - 53,28 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bununla yanaşı, istismar qazma işlərinin payı 52,063 min metr, kəşfiyyat qazma işlərinin payı 1,217 min metr təşkil edib.
Cari ilin iyun ayında SOCAR üzrə qazma işlərinin həcmi 10,787 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 9,839 min metr, kəşfiyyat qazma işlərinin həcmi 0,948 min metr təşkil edib.
2016-cı ilin birinci yarısında şirkətin qazma idarələri tərəfindən 26, iyun ayında 7 yeni quyu
istismara verilib.
2015-ci ildə SOCAR-ın qazma işlərinin həcmi 104,411 min metr, o cümlədən kəşfiyyat qazma işlərinin həcmi 1 min metr, istismar qazma işlərinin həcmi 103,725 min metr təşkil edib. **
N.Abbasova