Astana Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni vasitəçinin axtarışına zərurət görmür. Bu barədə Qazaxıstanın XİN başçısı Erlan İdrisov bəyan edib.
“Mürəkkəb problemdir (...), BMT, ATƏT səviyyəsində müvafiq qərarlar qəbul edilib. Rusiya, ABŞ və Fransanın həmsədrləri olduğu xüsusi Minsk qrupu yaradılıb. Düşünürəm ki, münaqişənin həllində yeni vasitəçilərə ehtiyac yoxdur”, - deyə E.İdrisov çərşənbə axşamı Astanada keçirilən brifinqdə bildirib.
Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupu yarandığı zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair dəqiq prinsiplər formalaşdırılıb. “Bu səbəbdən, vəzifə həmin razılıqları dəqiq reallaşdırılmasını təmin etməkdən ibarətdir”, - deyə nazir vurğulayıb. **