“PAŞA Kapital” şirkəti 2016-ci ilin iyun ayında dövlət və korporativ qiymətli kağızlar bazarında (Repo əməliyyatları bazarı istisna olmaqla) göstərilən xidmətlərin həcminə görə brokerlərin renkinqinə başçılıq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“PAŞA Kapital” MMC ötən ay 19 mln. 287,314 min manat məbləğində broker xidməti göstərib (mayda 1-ci yer).
İkinci yeri 37 mln. 880,229 min manat məbləğində xidmət göstərmiş “ Unicapital” MMC brokeri tutub (mayda 4-cü yer).
İyun ayının yekunları üzrə üçüncü yerdə 7 mln. 936,59 min manat məbləğində xidmət göstərmiş “AzFinance Invest” MMC qərarlaşıb (mayda 2-ci yer).
Bütövlükdə, may ayında 4 broker xidmət göstərib. **
N.Abbasova