Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara 1,8 milyon manat məbləğində maliyyə yardımının göstərilməsi haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 250 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min manat, Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min manat və Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasına 100 min manat ayrılıb.*
F.İsazadə