“Merkuri” bank olmayan kredit təşkilatı “Elektron hökumət” portalı (e-gov.az) vasitəsilə vətəndaşlardan elektron arayışların qəbuluna başladı. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Hazırda “Elektron hökumət” portalı üzərindən vətəndaşlar 12 adda elektron arayış əldə edə bilirlər.
Bu xidmət vətəndaşlara dövlət strukturlarından elektron rejimdə ərizə əldə etməyə imkan yaradır. **
“Merkuri” BOKT 2012-ci ilin sentyabr ayında yaradılıb.
A.Əzizov