“Minsk Podşipnik Zavodu” SC (MPZ) öz məhsullarının Azərbaycana tədarükünün təşkil edilməsi üçün tərəfdaş axtarır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.
«MPZ marketinqin həcmini artırmaqda və məhsulların ixracının coğrafiyasını genişləndirməkdə maraqlıdır. Bu səbəbdən SC Azərbaycanda fəaliyyət göstərən şirkətlərə və sahibkarlara hər iki tərəf üçün mənfəətli olan əməkdaşlıq şərtləri təklif edir», - deyə məlumatda qeyd olunur.
“Minsk Podşipnik Zavodu” SC MDB məkanında podşipnik istehsalı ilə məşğul olan ən böyük müəssisələrdən biridir. Zavod 30-dan çox ölkənin maşınqayırma, metallurgiya, yanacaq-enerji müəssisələrini, tikinti, meşə vədigər sənaye sahələriniistehsal etdiyi məhsullarla təmin edir.
Diametrləri 10-980 mm, çəkisi 700 kq-a qədər olan müxtəlif ölçülüsferik, silindrik, yumru və digər podşipniklərin istehsal olunması zavodun əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Zavod öz brendlərini MPZ brendi adı altında bazara çıxarır vəməhsullar beynəlxalq standartların tələblərinə tam cavab verir.*
A.Əzizov