“Azərsu” SC iyulun 8-də Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsinə məhdudiyyətlər qoyub. Bu barədə SC-nin elanında deyilir.
“Xətai rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yenidən qurulmuş şəbəkələrin mövcud magistral xətlərə birləşdirilməsi ilə əlaqədar 8 iyul 2016-cı il tarixində gün ərzində Xətai rayonunun Telnov, Şıxlı, Mehmandarov, Tusi, Neapol, M.Rüstəmov, Sarayevo küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.*
N.Abbasova