Cümə günü Dior Moda Evi yeni kreativ direktorunun adını açılqayıb. Bu, italyan dizayner Mariya Qrasiya Kyuridir.
Beləliklə, 52 yaşlı M.Q.Kyuri Dior Moda Evinə təyin olunan ilk qadın rəhbərdir.
Öncə M.Q.Kyuri Valentino Moda Evindən getdiyini bildirib.
Dior üçün yaradılan ilk kolleksiyası - bahar-yay 2017, artıq Paris Moda Həftəsi çərçivəsində təqdim ediləcək.
Ötən ilin oktyabr ayına qədər belçikalı dizayner Raf Simons Dior Moda Evinin kreativ direktoru olub. **