Bakıda jurnalistlər üçün növbəti hərbi təlimlərə start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri təlimlərdən məlumat verib.
Birinci mərhələdə namizədlər psixoloji testdən keçiblər. Testin nəticələrinə əsasən təlimlər üçün yararlı mətbuat nümayəndələri seçiləcək.
Sonra jurnalistlərə dövlət sirri, hərbi rejim və ilk tibbi yardım haqqında təlimatlar təqdim olunacaq.
Jurnalistlər real döyüş şəraitinə uyğun olan hərbi əməliyyatlar, fövqəladə və digər hallar hallarda davranış qaydalarını öyrənəcəklər.
O cümlədən, təhlükəsizlik texnikası, silah və hərbi texnika ilə tanışlıq olacaq. Müxtəlif növ silahlardan döyüş atışları həyata keçiriləcək.
Mətbuat nümayəndələri hərbi rejimə uyğun səhra şəraitində yaşayacaqlar.
Təlimlərin sonunda təşkilatçılar iştirak edən 40 jurnalistdən maksimum 10 nəfər seçiləcək. Seçilən şəxslər hərbi jurnalist kimi Müdafiə Nazirliyində akkreditasiyadan keçəcəklər.
Təlimlər Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirilir. **
F.İsazadə