Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Ağcabədi rayonunun Şahsevən Təzəkənd kəndində Siyəzən rayon sakini Vahid Hüseynquliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və sərnişinlərdən biri həlak olub”, - detyə məlumatda deyilir.
“Jiquli”nin sərnişinlərindən biri xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbləri araşdırılır. **
R.Babayev