İyulun 8-də Varşavada Azərbaycan prezidenti İlham Əliyevin Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşü olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.Azərbaycan və Əfqanıstan prezidentləri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan ilə Əfqanıstan arasında iqtisadiyyat, təhlükəsizlik, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş NATO sammiti çərçivəsində baş tutub.*
F.İsazadə