Azərbaycan və Polşanın ali audit orqanları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan Hesablama Palatasının məlumatında deyilir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Polşa Respublikasında səfərdə olub və bu ölkənin Ali Audit Qurumu olan Milli Nəzarət Palatasının prezidenti Kristof Kviatkovski ilə görüşüb.
"Görüşdə hər iki qurumun gələcək fəaliyyət perspektivləri, qarşılıqlı əməkdaşlıq istiqamətləri və təcrübə mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.
Səfər çərçivəsində V.Gülməmmədov həmçinin Polşa Milli Nəzarət Palatasının regional strukturlarında fəaliyyətin təşkili ilə tanış olub.*
A.Əzizov