İyulun 11-də Bakıda “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçiriləcək. Bu barədə Mətbuat Şurasının məlumatında deyilir.
Tədbirdə medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə ediləcək.
Tədbirdə həmçinin Mətbuat Şurasının Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyi “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılacaq.
Tədbir Mətbuat Şurası və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.*
F.İsazadə