Azərbaycanın gömrük orqanları 60 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsinin qarşısını alıb. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.
“Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 7 hüquqpozma faktı üzrə müxtəlif markalı 60 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsinin qarşısını alıb”, - deyə Komitədən qeyd ediblər.
Məlumata əsasən, siqaretlər 3 fakt üzrə İdarənin “Samur” gömrük postunda aşkar edilib. Qaçaqmalçılıq predmetləri avtomobillərin müxtəlif hissələrindəki gizli bölmələrdə aşkar olunub. “Yalama” gömrük postunda 1 fakt üzrə, “Xanoba” gömrük postunda isə 3 fakt üzrə siqaretlərin qaçaqmalçılıq yolu ilə gömrük ərazisinə keçirilməsinin qarşısı alınıb”, - deyə məlumatda vurğulanır.
Aşkar edilən faktlarla bağlı araşdırma aparılır. **
F.İsazadə