Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2016-cı ilin birinci yarısında vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 242 cinayət işi açıb. Bu barədə nazirliyin məlumatında qeyd edilir.Vergilər Nazirliyi I yarımillikdə vergi cinayətləri faktları üzrə cinayət işlərinin sayını 4 dəfə azaldıb
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyun ayları ərzində departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 998 cinayət işi açıb. Beləliklə, birinci yarımillikdə açılan cinayət işlərinin sayı 4,1% azalıb.
Hesabat dövründə 77 nəfər barəsində 67 cinayət işi üzrə materiallar baxılması üçün məhkəmə orqanlarına verilib.
Yanvar-iyun ayları ərzində 623 cinayət işi üzrə ibtidai istintaq başa çatıb, 11 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
Bu dövrdə ibtidai istintaq zamanı 155 cinayət işi üzrə təqsirkar olan şəxslərin bəziləri dəymiş ziyanı ödəyiblər.
Bütövlükdə dövlət büdcəsinə ödənişlərin həcmi 55,033 mln. manat təşkil edib.
Birinci yarımillikdə vergi cinayətlərinə görə axtarışda olan 29 nəfər saxlanılıb.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 2000-ci il mayın 29-da yaradılıb və həmin il avqustun 30-da fəaliyyətə başlayıb. 2015-ci ildə departament tərəfindən vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 1,853 min cinayət işi açılıb. **
A.Əzizov