Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 11-nə manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 8- nə olan 1,5456 manat/$1 səviyyəsinə qarşı 1,5487 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2005% ucuzlaşıb.
AMB iyulun 11-nə manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 8-də qeydə alınmış 1,7131 manat/1EUR səviyyəsinə qarşı 1,7108 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,1342% möhkəmlənib.
İyulun 11-nə manatın rus rubluna nisbətən rəsmi 0,0241 manat/1RUR səviyyəsində qalıb.**
A.Əzizov