İyulun 15-16-da İsveçrənin Federal Maliyyə Departamentinin rəhbəri, federal müşavir Ulrix Mauer Azərbaycana səfər edəcək. Bu barədə İsveçrənin ölkəmizdəki səfirliyindən məlumat verilib.
“15-16 iyul tarixlərində İsveçrənin maliyyə naziri bir sıra hökumət rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
İkitərəfli görüşlər çərçivəsində ölkənin cari iqtisadi və maliyyə durumu müzakirə olunacaq.*
A.Əzizov