“Azəriqaz” İB-nin abonentlərinin sayı 1,92 mln.-a yaxın təşkil edir
1 iyul 2016-cı il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 1 mln. 918,71 min təşkil edir. Bu barədə SOCAR-dan məlumat verilib.
Cari ilin iyun ayında İB-də əhali sektoru üzrə 11,968 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 1,551 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 10,417 mini isə regionların payına düşüb.
1 iyul 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130,964 min məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 362 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.*
N.Abbasova