Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “Caspian Marine Services Limited” (Azərbaycan) şirkətinə $20,4 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib. Bu barədə bankın saytında məlumat verilir.AYİB Xəzərdə işlərin icrasına CMS üçün $20,4 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib
“İyulun 6-da bankın Direktorlar Şurası “Caspian Marine Services Limited” şirkətinə $20,4 mln. məbləğində kreditin ayrılmasını təsdiq edib”, - deyə məlumatda qeyd olunur.
Kredit vəsaiti Xəzər dənizində işlərin icrası üçün zəruri gəmilərin alışına yönəldiləcək.
Layihənin ümumi dəyəri $34 mln. təşkil edir.
“Caspian Marine Services Limited” şirkətinin Bakı filialı 206-cı ildə fəaliyyətə başlayıb. Həmin ildə şirkət SOCAR ilə strateji alyans formalaşdırıb.
CMS dəniz neft sənayesində istifadə edilən müasir gəmilər üçün yerli və beynəlxalq müştərilərin tələbatını təmin etmək məqsədilə özünün gəmilər donanmasını artırmağa davam edir.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Əməkdaşlığa başladığı ildən bank Azərbaycanda 160 layihənin kreditləşməsinə 2,5 mlrd. avro ayırıb. Bu vəsaitin 54%-i özəl sektorun inkişafına yönəldilib.
A.Əzizov