İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 24 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.İstirahət günlərində baş vermiş yol qəzalarında 2 nəfər həlak olub
Qeyd olunan dövrdə 119 cinayət faktı qeydə alınıb, onların 34-ü “isti izlər”lə açılıb.
Bundan başqa, cinayət törətdiklərinə görə 61 nəfər tutulub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.*
R.Babayev