2016-cı ilin birinci yarısında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 3 mlrd. 190 mln. 139,33 min manat təşkil edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 mlrd. 346 mln. 306,8 min manat köçürülüb. Beləliklə, 2016-cı ilin ilk yarımilliyi ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 4,7% azalıb.
“Yanvar-iyun aylarında Vergilər Nazirliyi vergi və rüsum yığımı üzrə planı 102% yerinə yetirib. Faktiki olaraq nazirliyin xətti ilə vergi və rüsum yığımı 3 mlrd. 190 mln. 139,33 min manata bərabər olub”,- deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, hesabat dövründə Azərbaycanda 53,221 min vergi ödəyicisi qeydiyyata alınıb.
Vergilər Nazirliyinin 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 10 mln. manat təşkil edir. **
A.Əzizov