“BMW” markalı minik avtomobili və “KamAZ” yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsində 3 nəfər həalk olub və 2 nəfər yaralanıb. Bu barədə yerli mətbuat məlumat verib.
Məlumata əsasən, qəza Qobustan rayonu ərazisində Bakı-Şamaxı yolunda baş verib.
Balakən sakini Hacı Quliyevin idarə etdiyi “BMW” markalı minik avtomobili Qobustan sakini Süleyman Süleymanovun idarə etdiyi “KamAZ” yük maşını ilə toqquşub. Yol qəzası nəticəsində “BMW”-nin 3 sərnişini hadisə yerində həlak olub. Minin avtomobilinin sürücüsü və daha bir sərniçini müxtəlif dərəcəli xəsarətlərlə Qobustan rayon mərkəzi xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı istintaq gedir.
F.İsazadə