Yeni pilotsuz uçuş aparatlarının sınaqları uğurla keçirilib. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.Yavər Camalov: “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilib”
«Möhtərəm cənab Prezident, Sizin tapşırığınızla qısa müddət ərzində yaradılmış “Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla keçirilmiş və yaxın vaxtlarda Milli Ordunun sərəncamına göndəriləcəkdir. Bu aparat düşmənin dayaq məntəqələrini nəzarətdə saxlamaqla yanaşı, onları istənilən an məhv etmək iqtidarındadır”, - deyə o vurğulayıb.
“Əminliklə qeyd etmək istəyirəm ki, ölkəmizdə istehsal olunan silah və sursatlara əlavə edilən bu döyüş silahı da işğalçı Ermənistan ordusunun ölüm kabusuna çevriləcək və torpaqlarımızın azad edilməsində mühüm rol oynayacaqdır”, - deyə nazir bildirib.*
F.İsazadə