Rəsmi Bakı Moskva-Ankara münasibətlərinin normallaşmasını alqışlayır. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bu gün rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
"Azərbaycan Rusiyanın Türkiyə ilə yaxınlaşmasını alqışlayır. Biz mehriban qonşuluq münasibətlərinin qurulmasına tərəfdarıq", - deyə E.Məmmədyarov bəyan edib.
Onun sözlərinə görə, bu ölkələr nə qədər yaxın olarsa, Azərbaycanın inkişafına da bir o qədər müsbət təsir göstərər.*
R.Babayev