Bakı ilə Moskva arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
“Bakı Moskva ilə münasibətlərini tərəfdaşlıq kimi qiymətləndirir və onlar strateji xarakter daşıyır”, - deyə E.Məmmədyarov çərşənbə axşamı rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, tərəflər arasında qarşılıqlı siyasi əlaqələrin səviyyəsi “yüksəkdir”.
E.Məmmədyarov əlavə edib ki, tərəflər iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsinə dair razılığa gəliblər.
Azərbaycan XİN başçısı həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasının əhəmiyyətini qeyd edib.
Bundan başqa, E.Məmmədyarov iki ölkənin parlamentləri arasında fəal əməkdaşlığı vurğulayıb. **
R.Babayev