2016-cı ildə Azərbaycanda 3 mln. tondan artıq taxıl istehsalı gözlənilir. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bildirib.
“İlkin proqnozlara görə, cari ildə ölkədə 3 mln. tondan artıq taxıl istehsalı gözlənilir. Hazırda istehsal edilmiş taxılın satışında və ayrı-ayrı dəyirmanlar tərəfindən tədarükündə heç bir ciddi problem müşahidə olunmur”, - deyə nazir qeyd edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə respublikada 2 mln. 999 min ton dənli və dənli-paxlalı bitki yığılıb.*
N.Abbasova